8 C
Baku
21 Dekabr 2025, 23:27
DünyaKriminal

Beynəlxalq terror qruplaşmasının iki üzvü öldürüldü

Beynəlxalq terror qruplaşmasının iki üzvü Tacikistan və Əfqanıstan arasında dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən öldürülüb.

Bugun.tv xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.

“Beynəlxalq terror qruplaşmasının iki üzvü Tacikistan və Əfqanıstan arasında dövlət sərhədini keçib. Onlar respublikanın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilib”, – bəyanatda deyilir.

Bildirilib ki, insident Dağlıq Bədəxşan muxtar vilayətinin Vanc rayonunda baş verib.

Komitənin məlumatına görə, hadisə yerindən iki Kalaşnikov avtomatı, iki tapança, səkkiz əl qumbarası, 12 qutu patron, içərisində partlayıcı olan 19 paket, həmçinin iki xüsusi rabitə vasitəsi və iki mobil telefon tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Polis və mülki şəxslər arasında itkilər barədə məlumat verilmir.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Sürpriz May qarı-VİDEO

Aynur Camal

ABŞ su altındadır: İnsanlar təxliyə edildi

Aynur Camal

Ağ Evdən İsrailə dəstəyin davam edəcəyinə dair mesaj

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu