10 C
Baku
13 Fevral 2026, 17:25
Dünya

Beyrək Hüseynov yenidən mükafata layiq görüldü

Aprel ayının 18-də paytaxtın “Teleqüllə” restoranında “Brand of Azerbaijan” mükafatlandırma layihəsinin qala gecəsi keçirilib. Gecədə “Brand of Azerbaijan” mükafatının təqdimetmə mərasimi baş tutub.

Öz fəaliyyət sahəsi üzrə seçilən şəxslərin mükafatlandırılması tədbirində ölkənin bir çox nüfuzlu şəxsləri, ilin ən yaxşıları – iş adamları, millət vəkilləri, jurnalist, sənət adamları və digər peşə sahəsində seçilənlər “Brand of Azerbaijan” mükafatına layiq görülüb.

TodayNews.az və QobustanXeber.az xəbər portallarının rəhbəri, jurnalist, baş redaktor Beyrək Hüseynov jurnalist fəaliyyətinə görə yenidən bu milli mükafata layiq görülüb.

Qeyd edək ki, “Vision Media Group” MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Brand of Azerbaijan” layihəsi artıq illərdi ki, əhəmiyyətli işləri ilə seçilən seçilmiş şəxsləri bir araya gətirərək onları mükafatlandırır.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Avropa Birliyi yeni kibertəhlükəsizlik strategiyasını təsdiqləyib

Aynur Camal

ABŞ Federal Ehtiyat Sistemi inflyasiya səviyyəsini sabit saxlayır

Aynur Camal

Dünyada ən kiçik quş hansıdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu