Baş xəbərDünya

Beyrutun cənubuna 4 hava zərbəsi endirildi

İsrail döyüş təyyarələri gecə saatlarında Livanın paytaxtı Beyrutun cənubuna 4 hava zərbəsi endirib.Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri gecə saatlarında Dahiyənin Haret Hıreyk, Bi’rul Abd, Leyleki və Qubeyri rayonlarını vurub.

Hizbullahın qalası kimi tanınan Dahiyə bölgəsində şiddətli partlayışlardan sonra tüstü qalxmağa başlayıb.

NNA, İsrailin hava hücumunda Harat Hreikdəki Dar əl-Havra Tibb Mərkəzinin də hədəf alındığını bildirib.

Partlayışlar İsrail ordusunun sözçüsü Aviçay Adrainin X hesabında xəritə dərc edərək hücumla hədələməsindən sonra baş verib.

DÜNEN GÜNorta saatlarında 12 HAVA HÜCUMU KEÇİRİLİB

Adraee paylaşımında Haret Hıreyk bölgəsindəki bir nöqtəyə diqqət çəkib və evakuasiya ilə bağlı xəbərdarlıq edib.

Sözügedən partlayışdan sonra Adraee başqa bir yazısında Dahiyə bölgəsindəki Leyleki rayonundakı bir nöqtəyə işarə edərək evakuasiya ilə bağlı xəbərdarlıq edib.

İsrail dünən günorta saatlarında Beyrutun cənubundakı Dahiye bölgəsinə ən azı 12 hava zərbəsi endirib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Aktrisa dəniz kənarında yoqa ilə məşğul olarkən dalğalar tərəfindən sürüklənərək öldü

Aynur Camal

Jurnalist raket hücumu nəticəsində həlak oldu

Aynur Camal

Fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxs saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu