19 C
Baku
8 Sentyabr 2024, 3:55
Baş xəbərHadisəKriminal

Ferma və mağazadan oğurluq edən şəxslər saxlanıldı 

Oğurluq edən şəxs edən saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində yerləşən fermadan ümumi dəyəri 3000 manat olan 10 baş xırdabuyunuzlu heyvanın oğurlanması ilə bağlı müraciət daxil olub. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin rayon sakini M.Məmmədli və Cəlilabad rayon sakini H.Şəmmədov olması müəyyən edilib və onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayonun Bəydili kəndində yerləşən mağazadan oğurluq edən şəxslər saxlanılıb. Araşdırmalarla onların Bəydili kənd sakinləri P.Məmmədzadə və A.Əzizov olduqları müəyyən edilib.

Saxlanılan şəxslərin həmin mağazadan 600 manat nağd pul, əlavə olaraq 280 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurladıqları məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Fillər və zebraların əti paylanılır

Aynur Camal

İşə düzəltmə adıyla 181 nəfəri aldadan şəxs saxlanıldı

Kəmalə Sultan

Misir prezidenti Sisi İsrailin Qəzzaya qarşı quru əməliyyatının qarşısını almağa çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu