4 C
Baku
27 Yanvar 2026, 7:02
Kriminal

Biləsuvarda silahlı şəxs və narkokuryerlərə qarşı əməliyyat keçirildi

Bugun.tv xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyatlar keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sabirabad sakini Elburus Quliyev. Paytaxt sakini Təhmuraz Kazımov. Salyan sakini Hüseyn Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Şirvan sakini Vüsal Məmmədov saxlanılıb. Ondan “Beretta” markalı tapança, 5 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

 

Aynur Camal

Oxşar xəbərlər

$600 Körpə Satışı: İndoneziyada Uşaq Alveri Üzüyü oğurlandı

Aynur Camal

“İnter-Server” 35 illiyini qeyd edir

Aynur Camal

Ölüm səbəbi nədir?- Araşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu