“Sovet imperiyası tərkibinə daxil olan Respublikalara ikidillilik tətbiq etmşdi. Bu səbəbdən bir çox bilinqivlər böyük sovet yazıçısı və alimi olmağı bacardılar. Fazil İsgəndəri, Çingiz Aytmatovu, Rüstəm İbrahimbəyovu və başqalarını misal gətirmək olar. Bu səbəbdən ikidillilik həm şöhrət gətirdi, həm də nifrət rüşeymləri yaratdı. Bu üsul bütün imperiyalar üçün xarakterikdir.
Ən yaxşı nümunə ingilislər, pis nümunə irlandlardır. Müstəqil İrlandiyada qel dili azart və əzablar yaratdı. Uşaqlar dərsə gəlmədilər, kitab və müəllim çatışmazlığı yarandı, deputatların tərcüməçiyə ehtiyacı yarandı. Yazıçılar başqa çıxış yolları axtardılar. İrlandiya ədəbiyyatını ingilis dilində yaratdılar. Biz bilirik ki, Nobel mükafatı laureatları, Yeyts irland şairidir, Bekket irland dramaturqudur, dahi Coys isə irland prozaikidir. Bunların heç biri irland dilini bilmirdilər. Lakin özlərini ingilis adlandırmırdılar. Bernard Şou israr edirdi ki, irland dilində ingiliscə yazır. “Mən özümü irland ləhcəsi ilə danışmağa məcbur etsəm belə ingilis dilini darmadağın edəcəm”- deyirdi. Beləliklə özgə dildən yararlansa da İrlandiya ədəbiyyatı öz müstəqilliyini saxladı. Bunu süjetlər, qəhrəmanlar, spesifik yumor, yerli peyzaj, mifologiya, leksika və fonetika sübut etdi.
Britaniya kolonializminə qarşı çoxəsirlik mübarizənin nəticəsi kimi siyasi ikidillilik kimi paradoksal fenomen yarandı. İngilis dilinin öz-özü ilə dialoqu yarandı. Bu bütün imperiyaların taleyidir. Özlərindən sonra belə bir irs saxlayırlar: Dil o zaman dirilir ki, onu qorumaq üçün mübarizə aparırlar”.