7 C
Baku
21 Dekabr 2025, 12:30
Dünya

Bilirdinizmi? Bu həftə nadir interstellar komet planetimizə yaxınlaşır

Bilirdinizmi ki, bu həftə — 19 dekabr 2025-də, Günəş sistemi xaricindən gələn 3I/ATLAS adlı komet Yerə ən yaxın məsafəyə çatacaq?

Bu komet Günəş sistemimizdən kənardan gələn üçüncü təsdiqlənmiş interstellar obyektdir və heç bir təhlükə yaratmadan planetimizin yaxınından keçəcək. Bu növ obyektlər çox nadir görünür və alimlər üçün digər ulduz sistemlərinin tərkibini öyrənmək üçün unikal fürsət yaradır.

3I/ATLAS ilk dəfə 1 iyul 2025-də Çilidəki ATLAS teleskopları tərəfindən aşkar edilib və trayektoriyası onun Günəş və Mars orbitləri yaxınlığından keçməsinə imkan verib. Alimlər bu obyekti araşdıraraq qaz və toz buludu olan kometanın kimyəvi tərkibini və interstellar mənşəyini daha yaxşı başa düşmək niyyətindədirlər. Gözlənilir ki, bu elmi nəticələr kainatdakı digər planet sistemlərinin formalaşması barədə bizə daha çox məlumat verəcək.

Mənbə: EuroNews 

Aynur Camal

Oxşar xəbərlər

Polis ağlını itirmiş yaşlı qadını belə öldürdü

Teymur Əziz

Boeing-in Starliner şatlında 3 helium sızması aşkar edilib

Kəmalə Sultan

Karib dənizinin quldurları aktyorunu köpək balığı öldürdü!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu