2025-ci ilin sonuna doğru Billboard illik pop-mədəniyyət xülasəsini dərc edib və K-pop fenomeni “KPop Demon Hunters” ilə BTS-in yenidən birləşməsi bu ilin ən yadda qalan anları arasında göstərilib.
“KPop Demon Hunters” filmi yalnız Netflix-də rekord izlənmə qazanmayıb, həm də onun musiqi albomu və xüsusilə “Golden” adlı mahnısı qlobal hit olub.
Mahnıların, albomların, müğənnilərin reytinq (chart) siyahılarını hazırlayan, ABŞ-da fəaliyyət göstərən məşhur musiqi və əyləncə mediası olan – Billboard siyahısında “KPop Demon Hunters” filmindən istifadə olunan orijinal mahnılar bir çox qlobal musiqi çartlarında ön sıralarda yer alıb və bu da K-pop musiqisinin dünya üzrə təsirini daha da artırıb.
BTS-in üzvlərinin hər biri xidmətlərini tamamlayıb yenidən canlı yayımlanan Weverse konsertində fanatlara enerji verib.
Bu ilin pop-mədəniyyət xülasəsi cəngavərçi animasiya filmi, dünya səviyyəli musiqi hitləri və super ulduzların qlobal səhnəyə dönüşünü bir araya gətirərək 2025-in mədəni təsirini ümumiləşdirib.
Mənbə: Koreya.News
