24 C
Baku
10 Sentyabr 2025, 7:12
Dünya

Binada partlayış baş verib: Ölən və yaralananlar var

Almaniyanın Düsseldorf şəhərində yaşayış binasında partlayış baş verib.

Yaşayış binasının birinci mərtəbəsindəki bufetdə baş verən partlayışdan sonra yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə yerli vaxtla saat 02.25 radələrində partlayış baş verib. Partlayışdan sonra yanğın baş verdiyi üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib.

Alov yuxarı mərtəbələrə və park edilmiş avtomobillərə keçib. Çoxlu sayda mənzil sakini nərdivanlarla eyvandan çıxarılıbYanğınsöndürmə idarəsindən verilən açıqlamada 3 nəfərin öldüyü, 16 nəfərin xəstəxanalara aparıldığı bildirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Çindən gələn nəhəng pandalar Avstraliyaya çatıb

Aynur Camal

ABŞ su altındadır: İnsanlar təxliyə edildi

Aynur Camal

“Apple” Böyük Britaniyada şifrələməni ləğv edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu