11 C
Baku
3 Dekabr 2025, 11:41
Dünya

Binyamin Netanyahuya qaldığı oteldə lazer etirazı

ABŞ Konqresində çıxış etmək üçün paytaxt Vaşinqtona gələn Benyamin Netanyahu qaldığı oteldə etirazçıların sıx reaksiyası ilə üzləşib.

İsrail ordusu oktyabrın 7-də İsrailin baş naziri Benyamin Netanyahunun əmri ilə Fələstinə daxil olub və minlərlə günahsız insanı qətlə yetirib.

Dünyanın hər yerindən yüksələn “atəşkəs” tələbinə məhəl qoymayan Netanyahu, istədiyi məqsədlərinə çatana qədər müharibəni bitirməyəcəyini bildirib.

Qəzzada ölənlərin sayı 39 mini keçərkən Netanyahunun xain hücumlarına reaksiyalar uçqun kimi artır.

ABŞ Konqresinə qatılmaq üçün Vaşinqtona gedən Netanyahu qaldığı otel otağında reaksiyaların mərkəzinə çevrilib.

 Otelin qarşısında etiraz aksiyası keçirilib

Müharibə əleyhdarı fəallar və fələstinli tərəfdarlar İsrailin baş naziri Binyamin Netanyahunun qaldığı otelin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Nümayişçilərin sayı artdıqca otelin qarşısına polis qrupları yerləşdirilib.

“Netanyahunu həbs edin”

Etiraz zamanı Netanyahunun qaldığı otel otağının çölünə “Axtarılır. Müharibə cinayətkarı Netanyahu həbs olunsun” sözləri proyeksiya edilib.

Nümayişçilərin çoxu bayraqlar yelləyərkən və şüarlar səsləndirərkən Netanyahu sadəcə otağını dəyişib.

Mənbə: EnSonHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkiyə hava məkanını bu şəhərə bağladı

Kəmalə Sultan

Aİ tərəfdarı Maia Sandu Moldovada qalib gəldi

Aynur Camal

Mina partladı! Bir mülki vətəndaş həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu