Bugun.tv xəbər verir ki, Muğlanın Milas rayonunda 2 minik maşını və 1 pikapın iştirakı ilə baş verən qəzada 2 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Yoldan keçən digər sürücülərin xəbər verməsi üzərinə bölgəyə çoxlu sayda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib. Vasitələrdə sıxışan yaralılardan bəziləri yanğınsöndürənlər tərəfindən çıxarılıb. Qəza yerində ilkin tibbi yardım göstərilib, yaralılar rayon xəstəxanalarına çatdırılıb. Müalicə olunan yaralıların səhhətinin yaxşı olduğu bildirilib. Qəza səbəbindən bir müddət hərəkətin tək zolaqdan təmin edildiyi magistralda uzun nəqliyyat növbələri yaranıb. Vasitələrin çıxarılmasından sonra nəqliyyat normal vəziyyətə düşüb.
TRT Haberin məlumatına görə, qəza ilə bağlı araşdırmalar davam edir.
Müxbir: Şəms Elnurqızı
