13 C
Baku
27 Mart 2026, 20:14
Baş xəbərHadisə

Bir evdən 45 ton tullantı çıxdı

Bugun.tv xəbər verir ki, Əskişəhərin Odunpazarı rayonunda tullantı materialının yığıldığı evdən təxminən 45 ton zibil çıxarılıb. Əskişəhərin Odunpazarı Bələdiyyəsindən verilən məlumata görə, ətrafdakı sakinlər Vişnelik məhəlləsi Şehit Mustafa Ay küçəsində ana və oğulun yaşadığı mənzildən gələn pis qoxulardan şikayətləniblər.

TRT Haber-in məlumatına görə, bunun üzərinə İl Gigiyena Şurasının qərarı ilə Bələdiyyə Təmizlik İşləri Müdirliyi və polis qrupları bu ünvana gəldi. Komandalar evin bütün otaqlarında və bağçasında uzun müddətdir gözləyən tullantıların çıxarılması üçün işlərə başlayıb. Çürük ərzaq məhsulları, paltarlar, plastik butulkalar, qutular, çantalar və kağızlardan ibarət zibil yığılıb.

Komandalar 45 ton zibil çıxardıqları evi təmizləyəcək və yaşayış üçün yararlı hala gətirəcəklər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu