Baş xəbər

Bir fincan Zəfər

Bugun.tv– xəbər verir ki, Zəfərin 5 illiyinə həsr olunmuş “Bir fincan Zəfər” adlı tədbir Dilber Coşqunsoyun aparıcılığı ilə, Aristokrat Biznes Clubun təşkilatçılığı və AS Technologiesin dəstəyi ilə baş tutub.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bu barədə öz sosial media hesabında “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Elmar Tarverdiyev paylaşım edib.

O qeyd edib ki, tədbirdə açılış nitqi ilə çıxış edən Aristokrat Biznes Clubun təsisçilərindən Elməddin Məmmədov qonaqları salamlayaraq, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və birlik simvolu olduğunu vurğulayıb. O, qazilərin və şəhid ailələrinin hər bir vətəndaşın qəlbində xüsusi yeri olduğunu qeyd edərək, bu kimi tədbirlərin gənclərin və işgüzar ictimaiyyətin milli dəyərlərə bağlılığını gücləndirdiyini bildirib.

Daha sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxış edərək, son beş ildə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən sosial layihələrdən danışıb. O, tədbirdə iştirak edən qazilərin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqlardan söz açıb.

Vətən müharibəsi Qaziləri Əfqan Zamanov və Xəqani Muradov göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə həmçinin əməkdar jurnalist, Bugun.tv –nın rəhbəri Elnarə Dərziyeva, şair Şamil Sabiroğlu, yazar Gülər Coşqunsoy, tanınmış ictimai xadim İndira Şəmsivari, idmançı Azad Məmmədov və digər qonaqlar Zəfərin 5 illiyini Azərbaycan xalqının milli qürur və birliyinin təntənəsi kimi dəyərləndiriblər. Onlar bu Qələbənin əldə olunmasında payı olan hər bir şəhidin və qazinin qarşısında dərin ehtiramla baş əydiklərini vurğulayıblar.

Vətən müharibəsi iştirakçısı, tarzən Tural Süleymanovun ifasında səslənən “Xudayar təsnifi” tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirin sonunda qazilərə qiymətli hədiyyələr təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu