Bugun.tv xəbər verir ki, Ədirnədə son bir həftə ərzində aparılan yoxlamalar zamanı 327 qeyri-qanuni mühacir tutulub, 8 şübhəli isə “immiqrant qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. İl Jandarma Komandanlığı qrupları nizamsız köçün qarşısını almaq üçün havadan dəstəkli yoxlama və nəzarətləri davam etdirir. Şəhər mərkəzi və rayonlarda bir çox məntəqələrdə aparılan yoxlamalar zamanı 327 qeyri-qanuni immiqrant yaxalanıb.
TRT Haber-in məlumatına görə, Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib. Əməliyyatlar zamanı “immiqrant qaçaqmalçılığı” ittihamı ilə 8 şübhəli saxlanılıb və şübhəlilərin istifadə etdiyi 7 avtomobil ələ keçirilib.
