9 C
Baku
22 Dekabr 2024, 10:13
Baş xəbər

“Bir kərə yüksələn bayraq, bir daha enməz!”

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladı. Bununla da Azərbaycan dövlət olaraq müstəqilliyini dünyaya bəyan etmiş oldu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdi.

Milli Məclisin deputatı Arzu Nağıyev Müstəqillik tariximiz, bu günün əhəmiyyəti haqda Bugün.tv-yə danışdı:

“Müstəqillik günü hər bir dövlətin tarixində mütləq əhəmiyyət kəsb edən günlərdən biridir. Hər bir dövlətin bayraq, gerb kimi milli atributlarının olması onun mövcudluğunun imzasıdır. Bu gün müstəqilliyimizin rəmzi olan üçrəngli bayraq ilk dəfə 1918-ci ildə siyasi xadim M.Ə.Rəsulzadə tərəfindən “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə qaldırılmışdı. SSRİ tarix olduqdan sonra 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev yenidən müstəqilliyinə qovuşan Azərbaycanı AXC-nin varisi elan etdi. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davam olaraq bayrağımız yenidən bərpa olundu. Bu gün üçrəngli bayraq bir dövlət kimi mövcudluğumuzun göstəricisi olaraq dünyanın müxtəlif yerlərində, beynəlxalq təşkilatların qarşıdında dalğalanır”.

Deputat qeyd etdi ki, bayrağımız, gerbimizlə tamamlanır. O gerb ki, 1920-ci ildə müsabiqədən keçmişdi, lakin təsdiqlənməsinə müstəqilliyimizin ömrü yetməmişdi. Həmin gerbə 1993-cü ildə yenidən həyat verildi. 1920-ci ildə ilk layihəsi hazırlanan gerb 73 il sonra Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq edildi. Bu müstəqilliyi bizə bəxş edən siyasi liderlərlər olub. M.Ə.Rəsulzadə tərəfindən toxumları səpilən müstəqilliyimiz Ümummilli lider Herdər Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Müstəqilliyimizin dövlət olaraq bizə qatdıqlarına toxunan deputat əlavə etdi ki:

“Bu gün Azərbaycan heç kimin müstəmləkəsi deyil, müstəqil dövlət kimi öz daxili və xarici siyasətini uğurla yürüdür. İstər iqtisadi, istər siyasi, istər hərbi cəhətdən Azərbaycan müstəqil dövlət olaraq BMT çərçivəsində əraziləri qəbul edilmiş bir dövlətdir. Biz bundan fəxarət hissi duyuruq.

Ali Baş Komandanın göstərişi ilə 3 il öncə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğal altında olan parçaları azad olundu. Ərazi bütövlüyümüzün bərpası böyük siyasi, strateji, eyni zamanda mənəvi əhəmiyyət kəsb edir. Ulu Öndərin davamçısı olaraq Prezident İlham Əliyev bu gün ən yüksək kürsülərdə Azərbaycanı müstəqil dövlət kimi layiqincə təmsil edir. Bu gün biz müstəqilliyimizlə, bayrağımızla, gerbimizlə fəxr edirik”.

Sonda Arzu Nağıyev bildirib ki, Prezidenti İlham Əliyevin Müstəqillik günü ilə bağlı qanunu imzalaması və onun ratifikadiyası dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edir:

“Qanunda göstərildiyi kimi hər il Mayın 28-i Müstəqillik Günü kimi bayram edilir. Bunu uyğun olaraq biz də parlament nümayəndəsi kimi Müstəqillik günü ilə bağlı öz addımlarımızı layiqincə atmaqdayıq”.

Müxbir: Aynur Ruslan

Bugün TV

Oxşar xəbərlər

“Uğur mələyi, incə sənət əsəri…” – Bahəddin Həzi yazır

Bugün TV

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti illik iclası keçirildi

Kəmalə Sultan

Özbəkistan DOST-un qonağı oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu