Bir neçə Afrika liderinin Ukraynada sülhə nail olmaq üçün səylər göstərən nümayəndə heyətinin tərkibində iyunun sonu – iyulun əvvəlində Rusiyaya səfəri gözlənilir.
Bugun.tv xəbər verir ki, bu barədə Londonda yerləşən qeyri-kommersiya təşkilatının qurucu sədri Jean-Yves Ollivier TASS-a bildirib.
“Prezident Vladimir Putin ilə razılaşdırılıb ki, səfər iyulun sonunda Rusiya və Afrika sammitindən əvvəl baş tutsun. Ona görə də hesab edirəm ki, bu, 15 iyun və 15 iyul arasında baş verməlidir” – təşkilatın sədri qeyd edib.
“Hazırda onlar (Afrika ölkələrinin liderləri) ilk olaraq hansı ölkəyə səfər edəcəkləri barədə qərar verməyiblər”, – Ollivier bildirib.
Mayın 12-də Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə telefon danışığı apararaq, ona Afrika liderlərinin atəşkəs təklifi barədə məlumat verib. Kremlin mətbuat xidməti bildirib ki, Putin Ramafosanın bir neçə Afrika liderinin Ukrayna ilə bağlı danışıqlarda iştirak etməsi ideyasını dəstəkləyib. Lakin nümayəndə heyətinin səfərindən sonra hər hansı konkret razılaşma barədə ətraflı məlumat verməyib.