Dünya

Bir neçə qeyri-qanuni neft emalı zavodu bağlandı

Bildirilib ki, Nigeriyada qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 24 obyekt bağlanıb. Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada ordu 3-9 fevral tarixləri arasında ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyat keçirib.

Nigeriya ordusunun ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Danjuma Jonah Danjuma açıqlamasında əməliyyatlar zamanı 24 qeyri-qanuni neft emalı müəssisəsinin bağlandığını qeyd edib.

Əməliyyatlar zamanı təxminən 60 min litr neft məhsulunun ələ keçirildiyini bildirən Danjuma, 29 neft qaçaqmalçısının saxlanıldığı məlumatını paylaşdı. Nigeriyada neft oğurluğu ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Nigeriyalı senator Ned Nvoko ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox ziyan olacağını açıqlayıb.

Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard bareldir və dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyanın ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft yataqlarına qarşı təxribat, qarşıdurmalar, silahlı qruplar tərəfindən adam oğurluğu kimi hadisələr baş verir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Bayramdan sonra formaya qayıtmağın yolları

Aynur Camal

Toshiba 5 min işçisini ixtisar edəcək

İntizar Əmirova

Qaçqın düşərgəsinə basqın etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu