Tailandın paytaxtı Banqkokda oteldə yanğın baş verib. Yanğın zamanı 3 turist ölüb, 7 nəfər yaralanıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Dünən yerli vaxtla saat 21.30 radələrində Taylandın paytaxtı Banqkokun turizm bölgələrindən biri olan Khaosan şəhərindəki oteldə naməlum səbəbdən yanğın baş verib.
Altı mərtəbəli otel binasının 5-ci mərtəbəsində başlayan yanğında ən üst mərtəbədəki kafedə onlarla insan xilas olmaq üçün təşviş içində bir müddət gözləyib. Yanğınsöndürmə qrupu insanların sıx olduğu ərazidə dar bir küçədə yerləşən otelə çatmaqda çətinlik çəkib və binanın içərisində alovla mübarizə apararkən, çardaqda sıxışan qrup da xilas edilib.
Yanğınsöndürənlər tərəfindən nəzarət altına alınan yanğında braziliyalı turistin hadisə yerində, yaralı ABŞ və Ukrayna vətəndaşının isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyi öyrənilib.
34 nəfərin çardaqdan xilas edildiyi açıqlansa da, xəstəxanaya çatdırılan 7 yaralının müalicəsi davam edir. Hadisədən sonra bölgəyə gələrək bölgəyə baxış keçirən Banqkok qubernatoru Çadçart Sittipunt həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.
Çadçart oteldə qeydiyyatda olan 75 qonağın olduğunu, lakin yanğın zamanı içəridə neçə nəfərin olduğunun hələlik məlum olmadığını, yanğının səbəbi və otelin təhlükəsizliyi ilə bağlı lazımi araşdırmalara başlanıldığını bildirib.
Mənbə: HurriYet