19 C
Baku
8 Sentyabr 2024, 3:53
Digər

“Bir qərənfil ömrü” adlı Anım Günü keçirilib.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Gərmətük qəsəbə Sənətkarlıq klubunda “Bir qərənfil ömrü” adlı Anım Günü keçirilib.

Anım Günü 20 yanvar hadisəsində həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Gərmətük qəsəbə nümayəndəsi Aqil Quliyev, klubun müdiri Kamil Cabbarov, F.Hüseynov adına Mamusta kənd Folklor evinin müdiri Nurlana İbrahimova və kəndin müəllimləri çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışılıb.

 

Daha sonra tədbir Mamusta kənd Folklor evinin, Balaşürük kənd sənətkarlıq klubunun, Gərmətük Sənətkarlıq klubunun dərnək üzvləri və məktəblilərin şeir və səhnəcikləri ilə davam edib.

Sonda 20 Yanvar faciəsi haqqında qısa metrajlı filim nümayiş olunaraq anım-gecəsi sona çatıb.

 

 

Oxşar xəbərlər

Tələbələr yığdıqları pulları Fələstinə bağışladılar

Bugün TV

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Kəmalə Sultan

Rusiya Ukraynanın hərbi sənaye sisteminə hücum etdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu