14 C
Baku
25 Aprel 2025, 3:03
Dünya

Bir səhər oyandı və fərqli ləhcə ilə danışmağa başladı!

İngiltərənin London şəhərində yaşayan Georgina Gailey bir səhər yuxudan oyanaraq isveç ləhcəsi ilə danışmağa başlayıb. Başına gələnləri izah edən Gailey indi hər kəsi məlumatlandırmağa çalışır. İngiltərənin paytaxtı Londonun Hillington şəhərində yaşayan 60 yaşlı iki uşaq anası Georgina Gailey qəfildən isveç ləhcəsi ilə danışmağa başlayıb. Bacısının onunla görüntülü söhbət edərkən bu vəziyyəti gördüyünü deyən Gailey özünün də çox təəccübləndiyini bildirib.

Gailey İsveç ləhcəsi ilə danışmağa başlamazdan iki həftə əvvəl insult şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bir neçə ay əvvəl infarkt keçirdiyini deyən Gailey, “Sağlamlaşırdım, çox yaxşı danışırdım” deyərək, insanlarla keçirdiyi dialoqu belə izah etdi:

“İnsanlar haradan gəldiyimi soruşurlar və deyəndə gülürlər. Gülümsəyirəm, amma bu məni içimdən kədərləndirir. Mən İngiltərədə doğulub böyümüşəm. Heç İsveçdə olmamışam”.

Həkimlər bildiriblər ki, Georgina Gailey adətən beyin travmasından sonra yarana bilən nadir xəstəlik olan Xarici Vurğu Sindromuna malikdir.

Georgina Gailey bildirib ki, o, indi bu sindrom haqqında maarifləndirmək istəyir və insanlara bu xəstəlik haqqında danışmağa çalışır: “Mənim ləhcəmin əbədi qalacağını bilmirəm. Mən maarifləndirmək istəyirəm, çünki bu barədə nə qədər çox insan bilsə, bir o qədər çox araşdırma aparılacaq”.

Mənbə:  TGRT

Oxşar xəbərlər

Ən son Windows 11 yeniləməsi internet bağlantısı problemlərinə səbəb olur

Aynur Camal

Sosial media platforması Linkedİn 700 nəfəri işdən çıxarır, Çin tətbiqini bağlayır

Aynur Camal

Zorlama qalmaqalında məhkəmədən mürtəce qərar: İnsanlar etiraz aksiyası təşkil etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu