Azərbaycanın tanınmış kinorejissoru Faiq Nağıyev musiqisindən və sözlərindən ilhamlandığı mahnıya klip çəkib.
Artıq 3 gündür ki, yayımlanan klipin sözləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova, musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsusdur.
Müğənni Çilənay Hüseynova tərəfindən ifa edilən klip türk dilli dövlətlərdə də böyük maraqla qarşılanıb.
Artıq Türkmənistan telekanallarında da nümayiş etdirilən mahnı çoxsaylı tamaşaçı auditoriyası toplayıb. Sevilərək, baxılan hit kliplər siyahısına salınıb.