19 C
Baku
8 Sentyabr 2024, 3:27
Dünya

Birdəfəlik keramika fincan dövrü!

Hər il təxminən 500 milyard birdəfəlik stəkan boş yerə gedir. ABŞ qəhvə zənciri plastik və kağız fincanlara aşağı texnologiyalı alternativ təqdim edib. Bu sayədə birdəfəlik stəkanlar təbiətə atılsa belə ətraf mühitin çirklənməsinə səbəb olmayacaq.  Bəs bu necə olacaq?Birdəfəlik qəhvə fincanlarının yaratdığı ətraf mühitin çirklənməsinin həlli keramikada gizlənə bilər. ABŞ-ın Kaliforniya ştatında bir qəhvəxana kağız və plastik fincanların yaratdığı ətraf mühitin çirklənməsinə qarşı yeni üsuldan istifadə edir.

Keramika qəhvə fincanları, kağız və plastik analoqları kimi, bir dəfə istifadə edildikdən sonra atılır.

Lakin gildən hazırlanan bu fincanlar təbiətə heç bir zərər vurmadan əriyib toza çevrilir.

Xərc problemini fərqli üsulla həll etdiklərini deyən amerikalı sahibkarlar “bioloji parçalana bilən keramika qabların qiyməti iki dollardır.

Bununla belə, hər sifarişdə 50 sent endirim əldə edirsiniz. Beləliklə, 4 sifarişlə ödəyir.

Statistikaya görə, hər il 500 milyarddan çox birdəfəlik stəkan zay olur. Kağız qəhvə fincanlarının daxili divarında plastik istifadə edildiyi üçün onları təkrar emal etmək çox çətindir.

Amerikalı sahibkarlar birdəfəlik keramika qəhvə fincanları ilə plastik çirklənmə ilə mübarizə aparmağı hədəfləyirlər.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Dünya üzrə ən çox terror harada baş verir?

Aynur Camal

Rusiya donanması Baltik dənizində təlimlərə başladı

Bugün TV

Edin Dzeko “Fənərbağça”nın təklifini qəbul edəcəkmi?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu