Dünya

Birdən hava limanında hamı huşunu itirməyə başladı! Səlahiyyətlilərdən açıqlama

Malayziyanın Kuala Lumpur hava limanında ən azı 20 nəfər huşunu itirib və çoxlu sayda baş ağrıları yaşanıb. Yaşanan sağlamlıq problemləri ilə bağlı səlahiyyətlilərdən açıqlama verilib.

Malayziyanın paytaxtı Kuala-Lumpur beynəlxalq hava limanında ən azı 20 nəfərə huşunu itirmə ilə bağlı tibbi yardım göstərilib. Bir çox insan baş ağrısı problemi yaşadıqlarını bildirdi.

Aeroportda Kimyəvi Qaz Sızması

Səlahiyyətlilər hava limanında yaşanan sağlamlıq problemlərinin kimyəvi qaz sızmasından qaynaqlandığını açıqlayıb. Narahat edilənlərin hamısının hava limanının əməkdaşları olduğu bildirilib.

Sızdırılan kimyəvi maddənin aviasiya yanacağının istehsalında istifadə edilən yanar metilmerkaptan olduğu müəyyən edilib.

Hava limanında izdihamı təsir edəcək hər hansı bir riskin olmadığını izah edən fövqəladə hallar səlahiyyətliləri, hava limanına kimyəvi mütəxəssislərin göndərildiyini və uçuşların normal şəkildə davam etdiyini bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ-ın İran əməliyyatına çəkilən xərclər gələcəkdə dəfələrlə geri qaytarılacaq

Aynur Camal

Putin: Rusiya 3 metrdən qalın buzları yaracaq yeni buzqıran gəmi inşa edir

Aynur Camal

Putin Rusiya ordusunun sayını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu