30 C
Baku
28 İyul 2025, 19:49
Baş xəbərSosial

Birinci siniflərə qəbul başlayır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Bu barədə Bugun.tv-yə Elm və təhsil nazirliyi məlumat verib.

Bildirib ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Belə ki, 11 may saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, 15 may saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

Təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat 15 may saat 11:00-dan 31 may saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə aparılacaq.

Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə 15 may saat 11:00-dan 27 iyun saat 18:00-a qədər həyata keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu TRT Ərəbi hədəfə alıb

Kəmalə Sultan

Məzahir Əfəndiyev şəhid aiəsini ziyarət edib – FOTO

Aynur Camal

18 qeyri-qanuni immiqrant tutuldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu