Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda Mehriban Əliyeva dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, birlik, firavanlıq və uğurlar arzulayıb. Birinci vitse-prezident yeni ilin ölkəmizə sülh, inkişaf və xoş xəbərlər gətirməsini diləyib.
Qeyd edək ki, Mehriban Əliyeva hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi təbrik mesajı ilə çıxış edir və bu paylaşımlar ictimaiyyət tərəfindən geniş maraqla qarşılanır.
— Mehriban Aliyeva (@1VicePresident) December 31, 2025
