24 C
Baku
20 İyul 2025, 3:59
Baş xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım etdi

Bugun.tv xəbər verir ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan bayramı ilə bağlı paylaşım edib.

“İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”,- Birinci vitse-prezidenti Mehriban Əliyeva təbrikində bildirib.

Bugün TV

Oxşar xəbərlər

Minik avtomobili ilə pikap toqquşub: 3 nəfər öldü, 2 nəfər yaralandı

Aynur Camal

Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Aynur Camal

Ukraynada şok istefa! Xarici işlər naziri Kuleba tutduğu vəzifədən istefa verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu