Bugun.tv xəbər verir ki, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində yaxınlaşan Saola qasırğası səbəbindən birja əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, Honq Konq Birjası sonuncu dəfə iyulun 17-də Talim tayfunu səbəbindən fəaliyyətini dayandırmışdı.
Sakit okeandan Çinin cənub-şərq sahillərinə yaxınlaşan “Saola” qasırğası ilə əlaqədar dünən ölkə daxilində “qırmızı həyəcan” elan edilib. Küləyin sürəti saatda 209 kilometrə çatan “4-cü kateqoriya” super tayfunun Honq-Konq Xüsusi İnzibati Bölgəsinə və Quanqdonq və Fucien əyalətlərinin şərq sahillərinə təsir edəcəyi gözlənilir. Bu gün Quanqdonun Huilay şəhəri ilə Honq Konq arasındakı bölgəyə çatması gözlənilən qasırğanın güclü tufan və yağışlara səbəb olacağı bildirilir.
Müxbir: Şəms Elnurqızı