Bugun.tv xəbər verir ki, Azaflı Sosial Yardım və Mədəniyyət Mərkəzi yeni layihəsini gerçəkləşdirmək üçün çağırış edib.
Mərkəzin rəhbəri Arzuman Azaflının sözlərinə görə, artıq xeyli müddətdir ki, hər gün Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Azaflı Plazada zəlzələdən zərərçəkən, 30 kimsəsiz uşağı yemək və geyimlərlə təmin ediblər. “Ramazan bayramında da onların üzlərini güldürmək, zəlzələ zamanı yaşadıqlarını az da olsa unutdurmaq, yalnızlıqlarını hiss etdirməmək niyyətindəyik”.
A.Azaflı zərərçəkən uşaqların bayram sevincini qəlblərində xoşbəxtliyə çevirmək üçün hər kəsdən dəstək gözlədiklərini bildirib.
“Birlik olmağın və yardımlaşmanın həll etməyəcəyi problem yoxdur”,- mərkəzin rəhbəri vurğulayıb.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
