17 C
Baku
10 İyun 2025, 8:56
Dünya

Biz fəlakətin astanasındayıq: hər il yüz minlərlə insan ölə bilər!

Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransının (COP29) Zirvə Toplantısından sonra kritik xəbərdarlıqlar edilib. Qlobal fəlakətlərə diqqət çəkən mütəxəssislər hər il 250 min insanın ölə biləcəyini bildiriblər. Bakıda keçirilən COP29 Sammitindən sonra alimlər diqqətçəkən xəbərdarlıqlar ediblər. Mütəxəssislər vaxtın bitdiyini və qlobal istiləşmənin qarşısını almaq üçün çox gec olduğunu bildiriblər. Alimlər məhv olmaq ərəfəsində olduğumuzu söyləyərək tullantıların artmasının 2030-2050-ci illər arasında iki dərəcə temperatur artımına səbəb ola biləcəyini və bunun qlobal fəlakətə səbəb ola biləcəyini söyləyiblər.

2 dərəcə istilik artımının geri dönməz olduğunu vurğulayan iqlim mütəxəssisləri, “Alimlər COP29 Sammitinin emissiya məhdudiyyətlərini tənzimləmək üçün son şans olduğunu izah edərkən göz yaşlarını saxlayıblar” dedi.

Mütəxəssislər 2020-ci illərdə başlayan 1,5 dərəcə istilik artımından qaçış olmadığını ifadə edərək, 2030-2050-ci illər arasında iki dərəcəyə çatacağımızı iddia etdilər.

İqlim mütəxəssisləri xəbərdarlıq ediblər ki, bu cür temperatur artımı baş verərsə, məhsul bitməyəcək, heyvanlar tələf olacaq və dünyada çoxlu ölümlər olacaq.

Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu açıqlama verib: “Ümumdünya Səhiyyə Təşkilatının 2014-cü ildə dərc etdiyi hesabata görə, 2030-cu ildən 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən hər il 250 min insan ölə bilər”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yəhudi köçkünlər İbrahim məscidinə basqın edərək mərasim keçirdilər

Aynur Camal

Beynəlxalq mühüm cinayətkar saxlanıldı

Aynur Camal

Bu hakerin başına 10 milyon dollar qoyuldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu