Bugun.tv xəbər verir ki, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini açıqlayıb.
Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsində ölkəsinin neytrallığını qorumaq istədiyini vurğulayıb.
İranla əlaqələrə toxunan Zərdari ikitərəfli ticarəti inkişaf etdirmək üçün iki ölkə sərhədlərində azad ticarət zonası açdıqlarını ifadə edərək, İrandan Bəlucistana enerji nəqli üzərində çalışdıqlarını qeyd edib.
İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin inkişafını müsbət hal kimi qiymətləndirən Zərdari, “Bu, təkcə bu iki ölkə üçün deyil, bütün region və bizim üçün müsbət xəbərdir” deyə açıqlamalar verib.
Nazir Zərdari həmçinin bəyan edib ki, Çin və Pakistan arasında münasibətlər iqtisadi rifaha əsaslanır.
Mənbə: İLKHA