21 C
Baku
12 Sentyabr 2025, 19:34
Baş xəbərDünya

“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”

Xarici Xəbərlər. 

Kansler Şolz yeni il çıxışında ötən ilə nəzər salıb və xüsusilə Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsindən yaranan problemlərə diqqət yetirib.

Onun sözlərinə görə, çətin bir il başa çatıb. “Biz Almaniya olaraq, təhlükəsiz gələcək üzərində işləyirik. Lakin bu keçən son illərin icmalına nəzər salsaq, ilk rus raketlərinin hər səhər tezdən Kiyev, Xarkov, Odessa və Ukraynanın digər şəhərlərini vurduğunun şahidi olurduq. Çox təəssüf ki, dünya  tarixinə 24 fevral şəkilləri düşdü” – kansler deyib.

“Putin Avropanın ortasında imperialist işğalçı müharibə aparmaqda davam edir. Lakin “bir neçə gündə Ukraynanı ələ keçirmək”-planı onda baş tutmadı.

Ukraynalılar isə mərdliklə vətənlərini müdafiə etdi. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

O əlavə edib ki, artıq NATO və Aİ bəzi əvvəlki böhranlardakı kimi parçalanmış halda deyil, “uzun müddətdir ki, olduğundan daha da birləşiblər”.

Mənbə: Tagesschau

Aynur Camal

Oxşar xəbərlər

Meymun 4 aylıq körpəni damdan atıb

Bugün TV

Rusiyadan Telegram sahibi Pavel Durov üçün əlamətdar addım: Fransaya nota verildi!

Aynur Camal

Qazaxıstan Mədəniyyət Günləri xalqlar arasında dostluq körpüsü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu