Bugun.tv xəbər verir ki, Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina sanksiyalara görə Rusiya maliyyə sektorunun daha da qapalı olduğunu deyib.
Nabiullina, paytaxt Moskvada keçirilən “Rusiya Birjası” tədbirindəki çıxışında aktivləri dondurulan bəzi Rusiya şirkətləri üçün müxtəlif tədbirlər həyata keçirdiklərini qeyd edib:
“Lakin dondurulmuş aktivlərin kollektiv şəkildə dəyişdirilməsi siyasi məsələdir və bütün tərəflərin razılığı tələb olunur. Mən Bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Amma biz dondurulmuş Rusiya şirkətləri aktivlərin təxminən 37,5 milyard dollar geri ala bilmişik”.
Sanksiyalar səbəbiylə Rusiya maliyyə sektorunun daha da qapalı olduğunu bildirən Nabiullina, “Biz zərurətdən daha da qapalı olduq. Ancaq indiki şərtlərdə həm dost, həm də dost olmayan ölkələrdən sərmayədarları cəlb etmək üçün mümkün qədər çox qlobal bazarlarla əlaqələri qoruyub saxlamalıyıq” – deyə vurğulayıb.
Mənbə: www.dunya.com
