17 C
Baku
18 Oktyabr 2024, 8:01
Digər

Blinken Moskvada törədilən terror aktını qətiyyətlə pisləyir

Bugun.tv xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken dünən Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə pisləyib.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verib. “Terrorun hər növünü qınayırıq və buna görə yas tutan Rusiya xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirik”, – deyib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Xeyli sayda ölən və  yaralananlar var.

Kəmalə Sultan

Oxşar xəbərlər

Sentyabrın 23-də gözlənilən hava şəraiti

Aynur Camal

Ambulator tibbi kitabçalar tarixə qovuşur

Nigar Məmmədova

60 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu