24 C
Baku
20 İyul 2025, 3:46
Digər

Blinken Moskvada törədilən terror aktını qətiyyətlə pisləyir

Bugun.tv xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken dünən Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə pisləyib.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verib. “Terrorun hər növünü qınayırıq və buna görə yas tutan Rusiya xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirik”, – deyib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Xeyli sayda ölən və  yaralananlar var.

Kəmalə Sultan

Oxşar xəbərlər

Son 21 ildə Türkiyədə ümumi təyyarə sayı 489-dan 1813-ə yüksəldi

İntizar Əmirova

Windows 11 Android proqramlarını dəstəkləməyi dayandıracaq

Teymur Əziz

Azərbaycan hərbçilərinin “Qış təlimi – 2023” təlimlərində iştirakı davam edir-FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu