24 C
Baku
8 Sentyabr 2025, 7:04
Baş xəbərDünya

Bloomberg: Fələstin dövlətinin qurulmasına HƏMAS da cəlb edilə bilər

Qəzza sektoru, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına HƏMAS hərəkatı da cəlb edilə bilər.

Bugun.tv xəbər verir ki, Fələstinin Baş naziri Məhəmməd Ştaye bunu Bloomberg agentliyinə müsahibəsində deyib.

“Əgər HƏMAS Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etsə, dialoq üçün fürsət yaranar. Fələstinlilər bölünmüş şəkildə yaşamamalıdır”, – deyə Baş nazir bildirib. Onun fikrincə, İsrailin HƏMAS-ı məhv etmək niyyəti real görünmür və hərəkatın nümayəndələri yeni rəhbərlik strukturuna daxil olmalıdır.

Məhəmməd Ştaye, həmçinin qeyd edib ki, hazırda Fələstin Administrasiyası ABŞ rəsmiləri ilə Qəzza sektorunun münaqişədən sonra idarə olunması üçün uzunmüddətli planı müzakirə edir. Tərəflər razılaşıb ki, İsrail Qəzza sektorunu işğal etməməli, bufer zonasını öz ərazisində yaratmalı və fələstinliləri vətənlərindən qovmamalıdır.

Kəmalə Sultan

Oxşar xəbərlər

İnşaat materialları satmaq adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı

Teymur Əziz

Türkiyədə avtobus qəzası baş verdi, ölən və yaralananlar var

İntizar Əmirova

Putin birbaşa Merkelə müraciət edərək insidentlə bağlı üzr istəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu