17 C
Baku
18 Oktyabr 2024, 6:02
Baş xəbərDünya

“Blue Carbon” sərgisində rif balıqlarının unikal mahnıları təqdim olundu

Pəncimdə (Hindistan) qədim “PWD” kompleksində “Blue Carbon” adlı sərgidə quruda və hətta suyun dərinliyində səslənməyən mahnılar təqdim ediləcək. Bu səsi kiçik rif balıqları çıxarır, Qoadan dəniz biloqu, 2005-ci ildən bəri dayvinqlə məşğul olan Vardhan Patankar tərəfindən qeydə alınıb.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçı Qrand-Aylenddə və Qoada Sent-Corc adasında təbii sistemə hidrofon yerləşdirərək nümayiş etdirilən səsləri yazıb. Bu nümayiş Hindistanda yeganə qeydi təmsil edir.

Sərgi rəssamlar Kaldi Moss, Ueylon D’Suza və və Banqalorun elmi qalereyasından kuratorlar Ravi Aqarvala və Canavi Pxalkanın birgə əməkdaşlığının nəticəsidir. Otağa daxil olarkən maraqlı və interaktiv işlərin yaradılmasından ötrü elmlə incəsənəti birləşdirmək səyləri göz qabağındadır. Sərginin əsas eksponatı, anemon və mərcanların təsvir edildiyi dəniz mənzərəsini – böyük freskanı D’Suza Qoadan olan 36 rəssamla birgə yaradıb.

“Serendipity” incəsənət festivalının bir hissəsi olan sərgidən məqsəd iqlim böhranının qismən yeni aspektinə – atmosferdən karbon qazının təmizlənməsində dəniz ekosistemlərinin roluna ziyarətçilərin diqqətini çəkməkdir.

Karbon qazı “karbon qazı uducuları”, “karbon qazı kreditləri” kimi terminlərlə iqlim dəyişkənliyi dialoqunun valyutasına çevrilib. Biz fikirləşdik ki, iqlim dəyişmələrindən danışmaq əvəzinə karbon qazından danışaq. Gəlin, buna planetdə həyat başlanandan bəri nəzər salaq ki, sualın çətinliyini müəyyən edək. Karbon qazı cinayətkar deyil. Problem karbon qazının çoxluğundadır. Biz mavi planetdə yaşayırıq, bütün bu su daim karbon qazını saxlayır. Əslində sərgi ideyası ekologiya hadisəsi olan sehr haqqında məlumatın yayılmasıdır”, – deyə kurator əlavə edib.

Teymur Əziz

Oxşar xəbərlər

Vaqner iyulun 1-dək fəaliyyətini dayandıracaq

Bugün TV

4 immiqrant qaçaqmalçısı tutuldu

İntizar Əmirova

Qəzzada 336 gündür soyqırım davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu