Dünya

BMT: 376 mindən çox fələstinli Qəzzanın şimalına qayıtdı

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) İsrailin 471 günlük hücumları nəticəsində məcburi köçkün olan 376 mindən çox fələstinlinin Netzarim dəhlizinin açılmasından sonra Qəzzanın şimalına qayıtdığını açıqlayıb.

İsrailin hücumları nəticəsində ağır dağıntılara baxmayaraq, fələstinlilər Qəzzanın şimalına qayıtmağa davam edir.

Bazar ertəsi günü işğal altındakı Netzarim dəhlizi açıldıqdan sonra qəzzalılar dəstə-dəstə şimal bölgələrinə qayıtmağa başlayıblar.

OCHA-nın verdiyi açıqlamada, 27 Yanvardan bəri məcburi köçkün olan 376 mindən çox fələstinlinin Qəzzanın şimalına keçdiyi bildirilib.

HƏMAS ilə əldə olunan atəşkəsə uyğun olaraq, İsrail bazar ertəsi Netzarim dəhlizini açıb və məcburi köçkün fələstinlilərin Qəzzanın şimalına keçməsinə icazə verib. Qəzza hökumətinin Media Ofisinin açıqlamasına görə, İsrailin hücumları nəticəsində şimalda dağıntılar yüzdə 90 civarındadır.

Ağır dağıntılar səbəbilə şimala qayıdan qəzzalıların əksəriyyəti evləri əvəzinə dağıntılarla qarşılaşır.

Bütün bu çətinliklərə baxmayaraq, torpaqlarını tərk etmək istəmədiklərini ifadə edən qəzzalılar cənubdan şimala doğru hərəkətlərini davam etdirirlər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Son dəqiqə! İranda Həmas lideri İsmayıl Haniyə öldürüldü

Aynur Camal

Silahlı insident olub, ölən və yaralananlar var

Aynur Camal

AB-nin Meta ilə bağlı araşdırması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu