29 C
Baku
28 İyun 2025, 19:05
Baş xəbər

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

Csaba Kőrösi  Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş Sammitində çıxış edəcək.

O, dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

Prezident İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Csaba Kőrösin ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.

Kőrösinin gəlişi martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla, dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq

Kəmalə Sultan

Oxşar xəbərlər

NASA-nın ölü peyki 38 ildən sonra Yerə qayıdıb

Aynur Camal

Türk Dövlətləri Təşkilatının (OTG) baş katibi Bakıya gəlib- FOTO

Aynur Camal

Məhsuldarlığınızı Öldürən Beş Səhər Vərdişi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu