13 C
Baku
10 Aprel 2026, 16:00
Digər

BMT baş katibi ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəsi alqışladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibi Antonio Guterres ABŞ ilə İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkesi müsbət qiymətləndirib.

BMT sözçüsü tərəfindən yayılan açıqlamada bildirilib ki, Guterres regiondakı bütün tərəfləri beynəlxalq hüquq normalarına riayət etməyə və atəşkəs şərtlərinə əməl etməyə çağırıb. Qeyd olunub ki, bu addım bölgədə daha geniş və davamlı sülhün əldə olunması üçün mühüm fürsət yaradır.

Açıqlamada vurğulanıb ki, iki həftəlik atəşkəsin təmin olunması mülki əhalinin qorunması və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Guterres münaqişənin tezliklə tam dayandırılmasının vacibliyini qeyd edib.

BMT rəhbərliyi həmçinin Pakistan başda olmaqla bir sıra ölkələrin vasitəçilik səylərini müsbət dəyərləndirib. Bildirilib ki, təşkilatın xüsusi nümayəndəsi də bölgədə diplomatik təmaslarını davam etdirərək uzunmüddətli sülh üçün çalışmalar aparır.

Xatırladaq ki, Donald Trump ABŞ ilə İran arasında atəşkəs razılaşmasının Hürmüz boğazının açılması şərti ilə əldə olunduğunu açıqlamışdı. İran tərəfi isə danışıqların Pakistan vasitəsilə davam etdirilərək daha geniş razılaşmaya nail olunmasını hədəfləyir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Venesuela mədən sektorunu xarici investorlara açır

Aynur Camal

Sağlam bel üçün ən yaxşı “dərman”: 5 effektiv məşq

Aynur Camal

Həkimdən məsləhət: Hansı yorğan altında yatmaq çətinləşir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu