29 C
Baku
1 İyun 2025, 16:40
Baş xəbərDünya

1-ci ildönümü ilə bağlı mesaj: Sülh hərbi yolla əldə edilə bilməz

HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra Qəzzada başlayan soyqırımdan bir il ötür. Birləşmiş Millətlər Təşkilatının 79-cu prezidenti Philemon Yang bəyanatla çıxış edərək problemi diplomatik yolla həll etməyə çağırıb.

Oktyabrın 7-nin birinci ildönümü ilə bağlı Birləşmiş Millətlər Təşkilatından verilən bəyanatda sülhün hərbi yolla gəlməyəcəyi xatırladılıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sədri Philemon Yang 7 oktyabrın 1-ci ildönümü ilə bağlı yazılı açıqlama yayıb. Yang açıqlamasında Yaxın Şərqin çox uzun müddətdir ki, ölüm, dağıntı və yerdəyişmə şahidi olduğunu xatırladaraq, iztirabların bir an əvvəl sona çatması lazım olduğunu bildirib. “Bizə dərhal atəşkəsə, bütün girovların qeyd-şərtsiz azad edilməsinə və bölgədəki münaqişələrin diplomatik həll yollarını tapmaq üçün dialoqa qayıtmağa ehtiyacımız var” deyən Yanq, “Hərbi yolla heç bir davamlı sülh əldə edilə bilməz! Yalnız BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə əsaslanan iki dövlətli həll həm İsrail, həm Fələstin xalqları, həm də regionun qalan hissəsi üçün davamlı sülh və təhlükəsizliyi təmin edə bilər” deyə vurğulayıb.

İsrail, HƏMAS və Hizbullah da daxil olmaqla, münaqişənin bütün tərəflərini beynəlxalq humanitar hüququn tələblərini yerinə yetirməyə çağıran Yanq, “Mən də təcili olaraq mülki əhalinin qorunmasına və çox ehtiyac duyulan humanitar yardımlara maneəsiz çıxış etməyə çağırıram” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsrail əsir mübadiləsi üçün azad etdiyi 11 fələstinlini yenidən həbs edib

Aynur Camal

Məşhur aktrisa vəfat etdi

Sevinc Sadıqova

Windows-un yenidən başlama səsi ABŞ Konqres Kitabxanasının Milli Səsyazma Reyestrinə əlavə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu