Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Baş katibi Antonio Guterres ABŞ prezidenti Donald Trump ilə Çin lideri Xi Jinping arasında keçirilən son görüşü dəyərləndirib.
Antonio Quterreş bildirib ki, tərəflər arasında dialoqun davam etməsi müsbət hal olsa da, görüşdən sonra böyük siyasi irəliləyiş qeydə alınmayıb. Onun sözlərinə görə, qlobal iqtisadiyyat və təhlükəsizlik baxımından ABŞ–Çin münasibətləri həlledici əhəmiyyət daşıyır və tərəflər arasında sabit əlaqələrin qorunması vacibdir.
Məlumata görə, Pekində keçirilən danışıqlarda əsas müzakirə mövzuları ticarət müharibəsi, süni intellekt texnologiyaları, Tayvan məsələsi və qlobal təhlükəsizlik olub. Lakin tərəflərin bir çox məsələdə fikir ayrılığını qoruduğu bildirilir.
Beynəlxalq analitiklər hesab edirlər ki, görüşün əsas nəticəsi münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq olub. Ekspertlərin fikrincə, Vaşinqton və Pekin arasında yaxın aylarda yeni iqtisadi və texnoloji rəqabət mərhələsi başlaya bilər.
Mənbə: İnvesting
