10 C
Baku
12 Dekabr 2024, 17:58
Dünya

BMT: İsrail məktəbə hücumu zamanı səhər namazı qılınırdı

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin hesabatında İsrailin məktəbə hücumu zamanı “insanların səhər namazı qıldığı” vurğulanıb.

İsrail Qəzzada minlərlə dinc sakini didərgin salıb.

Təhlükəsiz elan etdiyi bölgələrdən belə mülki şəxslərin təxliyəsini tələb edən İsrail avqustun 10-da Et-Tabiin adlı məktəbə hücum edib.

Burada ölən və yaralananlar olduğu bir vaxtda BMT Baş katibinin sözçünün müavini Farhan Haq gündəlik mətbuat konfransında jurnalistlərə İsrailin məktəbə hücumu ilə bağlı OCHA hesabatını oxuyub.

İsrailin 10 avqustda Et-Tabiin adlı məktəbə hücumu ilə bağlı Haq, “Məktəb hücum zamanı sığınacağa çevrilmişdi. Burada yüzlərlə köçkün ailəyə ev sahibliyi etdiyi və insanların səhər namazını ibadət salonunda qıldıqları bildirilir”.

Hücum zamanı yaralananların Qəzza zolağında qismən işlək bir xəstəxanaya gətirildiyini söyləyən Haq, sözügedən xəstəxanada yaralılar üçün “kifayət qədər dərman, təmiz su və çarpayı olmadığını” bildirib.

Haq hücumdan sağ çıxan uşaqlara və onların valideynlərinə “ilk psixoloji yardım və psixososial dəstək” göstərildiyini bildirib.

“Bu, hər biri sığınacaq kimi xidmət edən məktəbə ən azı 21-ci hücumdur. İyulun 4-dən bu hücumlar qadın və uşaqlar da daxil olmaqla ən azı 274 nəfərin ölümü ilə nəticələnib”, – Farhan Haq bildirib.

Haq həmçinin İsrailin evakuasiya əmrlərinin təsirinə məruz qalan 23 bölgənin ümumi sahəsi təxminən 305 kvadrat kilometr ərazini əhatə etdiyi, bu da Qəzza zolağının təqribən 84 faizinə bərabər olduğu məlumatını paylaşıb.

Avqustun 10-da fələstinlilərin səhər namazı üçün həyətdə toplaşdığı, minlərlə mülki vətəndaşın Qəzza şəhərinin Dərəc məhəlləsində sığındığı Et-Tabiin məktəbinə İsrail ordusu hava hücumu həyata keçirib. Hücumda ən azı 100 fələstinli faciəvi şəkildə həyatını itirib.

Bölgədə çalışan jurnalistlər, səhiyyə və mülki müdafiə qrupları bəziləri yanmış, ətrafa səpələnmiş cəsədlərin arasında baş verən fəlakəti sözlə çatdırmaqda çətinlik çəkib. Məktəbə hücumdan sonra alov yüksələrkən fələstinlilərin qışqırmasının eşidilən görüntüləri sosial mediada paylaşılıb.

İsrail ordusu bu hücum üçün “HƏMAS-ın sözügedən məktəbi qərargah kimi istifadə etdiyini”, HƏMAS isə İsrailin bu cür hücumlar üçün “yanlış bəhanələr uydurduğunu” bildirib.

İsrailin hücumunun vasitəçi ölkələr olan ABŞ, Misir və Qətərin Qəzza zolağında ən qısa zamanda atəşkəs elan etməsindən bir neçə gün sonraya təsadüf etməsi diqqət çəkib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Kainatın ən böyük qara dəlik reaktiv cütü kəşf edilib: 23 milyon işıq ili uzunluğunda

Aynur Camal

Şimali Koreya çoxlu qısa mənzilli ballistik raketlər buraxdı

Aynur Camal

Putin: Ənənəvi silahlarla belə Rusiyanın suverenliyinə “kritik təhlükə” nüvə cavabı üçün əsas olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu