4 C
Baku
14 Dekabr 2025, 19:34
Baş xəbərDünya

BMT: İsrailin hücumuna məruz qalan Livandan Suriyaya 250 min insan keçdi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, İsrailin havadan və qurudan hücumlarını davam etdirdiyi Livandan 250 min insanın Suriyaya keçdiyini bildirib. Livandan sonra Suriyaya səfər edən Qrandi təmaslarını X-də paylaşıb.

Qrandi, “İsrailin hava hücumlarının artması ilə 23 sentyabrdan bəri 250 min insanın keçdiyi Suriya/Livan sərhədindəyəm. Yerli hakimiyyət orqanları, Suriya Qızıl Aypara Cəmiyyəti, BMT və tərəfdaşları 7/24 çalışır. BMT QAK humanist və səmərəli qəbulu təmin etməlidir” deyib.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bəri 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 2083 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Hizbullah İsrailə raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb.

İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İmran Xan paytaxt İslamabadda həbs edildi

Bugün TV

Facebook 21 ili geridə qoydu

Aynur Camal

TBMM-də tarixi gün! Terrorsuz Türkiyə komissiyası ilk dəfə toplanır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu