12 C
Baku
23 Noyabr 2024, 13:31
Baş xəbər

BMT İsrailin Qəzzada ağ fosfor bombalarından istifadə etməsi ilə bağlı hələ araşdırma başlatmayıb.

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani, BMT-nin İsrailin Qəzzada ağ fosfordan istifadə etməsi ilə bağlı hələ araşdırma başlatmadığını və bu mövzuda “açıq bir cavabı olmadığını” bildirib.

Bu barədə “TRT Haber”məlumat verib. Anadolu Agentliyinin (AA) müxbiri, “İsrailin ağ fosfordan istifadə etməsi ilə bağlı daha əvvəl də sizə sual vermişdim. Human Rights Watch-un bununla bağlı hesabat dərc etdiyini bildirdim. Siz də “bunu araşdırmaq üçün vaxt lazımdır” dediniz. Həftə sonu Bu barədə Amnesty İnternational məlumat yayıb, sənədləşdirib. BMT bu məsələ ilə bağlı araşdırmaya başlayıbmı?” sualına Şamdasani dedi:

“Bu, çox mürəkkəb məsələdir. Bir daha deyirəm, bu suala dəqiq cavab vermək üçün bizim məlumatımız yoxdur. Həmkarlarımız və digər hüquq müdafiəçiləri elektrik enerjisinin kəsilməsi və internet bağlantısı səbəbindən təsdiqlənmiş məlumatları sənədləşdirmək, toplamaq, tərtib etmək və göndərmək üçün çox çalışırlar. Qəzzada problemlər var.” “Buna görə də biz məlumatları adi metodologiyamıza uyğun olaraq yoxlamaqda çox çətinlik çəkirik.”

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

1788 uşaq ailələrinə verilib

Kəmalə Sultan

Ana doğuş zamanı dünyasını dəyişdi

Bugün TV

İrana məxsus 3 ton narkotik yüklü gəmi ələ keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu