26 C
Baku
21 İyul 2025, 2:44
Dünya

BMT: İsrailin Qəzzaya yardımla bağlı məhdudiyyətləri davam edir

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefani Tremblay bildirib ki, onlara bağlı təşkilatlar Qəzzaya humanitar yardım çatdırmağa çalışırlar, lakin İsrail tərəfindən giriş məhdudiyyətləri davam edir.

Tremblay, BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkil edilən gündəlik mətbuat konfransında jurnalistlərin Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.

BMT rəsmisi bildirib ki, aktiv döyüşlərə və İsrailin məhdudiyyətlərinə baxmayaraq, BMT-nin rəhbərlik etdiyi iki humanitar missiya dekabrın 20-də Qəzzanın şimalında “mühasirəyə alınmış ərazilərə daxil ola bilib”.

Tremblay, sözügedən yardım maşınlarının Qəzzanın şimalındakı Beyt Hanun və Kemal Advan Xəstəxanasına çatdırıldığı, xəstəxana şəraitinin qeyri-kafi olması səbəbindən 8 xəstə və yoldaşlarının Qəzzadakı Əl Şifa xəstəxanasına köçürüldüyü məlumatını paylaşıb.

“Bu, 18-22 dekabr tarixləri arasında Qəzzanın şimalına çatmaq üçün BMT-nin (İsraildən) tələb etdiyi 8 missiyadan yalnız ikisi təsdiqlənmişdi.” Tremblay, bu bölgələrdə insanların yardım çatdırılmasından sonra “daha şiddətli bir hücumun baş verə biləcəyindən narahat olduqlarını” söylədi.

Qəzzadakı BMT rəsmilərinin İsrail səlahiyyətlilərinin Qəzzanın qərbindəki iki məhəllə üçün başqa bir təxliyə əmri verdiyini xəbər verdiyini qeyd edən Tremblay, bu vəziyyətin “mülki insanları daha çox düşmənçiliyə məruz qoyduğunu və onları əsas xidmətlərdən məhrum etdiyini” vurğuladı.

BMT baş katibinin sözçünün müavini Stefani Tremblay bildirib ki, İsrail 66 yardım maşınının Qəzzaya keçməsinə icazə versə də, dünən sözügedən konvoya hücum edib.

Tremblay bu səbəbdən 66 yardım maşınının yalnız 43-nün ehtiyacı olan fələstinlilərə çatdırıla bildiyini bildirib.

Konvoyun qalan hissəsinin İsrail ordusu tərəfindən gecikdirildiyini və buna görə də yük maşınlarının marşrut boyu talanlara məruz qaldığını bildirən Tremblay, sözügedən 23 TIR-ın “itdiyi” məlumatını paylaşıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ümumdünya Meteorologiya Təşkilatından “La Nina” açıqlaması

Aynur Camal

Avropa İttifaqının müdafiə nazirləri Ukrayna və Afrika gündəmini müzakirə etdi

Bugün TV

Avropada iş saatları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu