20 C
Baku
16 Sentyabr 2025, 11:33
Digər

BMT: İyulda Ukraynada mülki əhali arasında qurbanların sayı rekord həddə çatdı

Bugun.tv BMT-nin hesabatına istinadla xəbər verir. BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası (HRMMU) bu gün bildirib ki, iyul ayında Ukraynada mülki əhali arasında itkilərin sayı son üç ilin ən yüksək səviyyəsinə çatıb. İyul ayında 286 mülki şəxs həlak olub, 1388 nəfər yaralanıb ki, bu da 2022-ci ilin may ayından bəri ən yüksək göstərici olub və 2025-ci ilin iyun statistik göstəricilərini üstələyib. HRMMU ölkənin 24 regionundan 18-də mülki əhalinin həlak olduğunu təsdiqləyib. HRMMU-nun rəhbəri Daniel Bell qeyd edib ki, artıq ikinci aydır ki, Ukraynada mülki əhali arasında itkilərin sayı son üç ilin ən yüksək səviyyəsini yeniləyib. “Rusiya Federasiyasının tammiqyaslı işğalının başlamasından bəri təkcə ilk üç ay ərzində son bir aya nisbətən daha çox ölüm və yaralanma halları var”, -deyə o əlavə edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Ukraynanın azadlığı uğrunda şəhid olan soydaşımız dəfn olundu

Nigar Məmmədova

Xətai rayonunda Qurban Bayramı münasibətilə konsert proqramı təşkil olunub-VİDEO

Nigar Məmmədova

Döyüş silahları könüllü təhvil verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu