8 C
Baku
21 Dekabr 2025, 18:17
Digər

BMT-nin Baş katibi hökumətləri din zəminində ayrı-seçkiliyə son qoymaq üçün daha təsirli addımlar atmağa çağırdı

Bugun.tv xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargahında hər il avqustun 21-də qeyd edilən Beynəlxalq Terror Qurbanlarını Anma Günü və BMT Baş Assambleyasının qətnaməsi əsasında təsis edilmiş 22 avqust – Beynəlxalq Din və Etiqad Zəminində Zorakılıq Aktlarının Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib. BMT-nin Baş katibi Antonio Quterreş avqustun 22-də qeyd edilən Beynəlxalq Din və Etiqad Zəminində Zorakılıq Aktlarının Qurbanlarının Anım Günü ilə əlaqədar dünya birliyinə müraciət edib. Sənəddə deyilir: “Dünyanın hər yerində insanlar inanclarına görə təqiblərə, hücumlara və hətta qətllərə məruz qalmaqda davam edirlər. İbadət yerləri murdarlanır, cəmiyyətlər terrora məruz qalır, onlayn platformalar nifrətlə doludur. Bu hərəkətlər təkcə iyrənc deyil, həm də bizim ümumi insanlığımız üçün təhlükədir.

Bugün TV

Oxşar xəbərlər

Çində 125 milyon il əvvələ aid dinozavrın qalıqları tapıldı

Kəmalə Sultan

Ərdoğan ölkədə seçkilərin problemsiz keçdiyini bildirdi

Bugün TV

“Marafon kraliçası”nın müdafiəsi həbsdən apellyasiya şikayəti verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu