4 C
Baku
14 Dekabr 2025, 9:48
Dünya

BMT-nin daimi nümayəndəsi Yıldız Quterreşlə görüşdü

BMT-nin Vasitəçiliyin Dostları Qrupunun həmsədrləri qismində Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldız və finlandiyalı həmkarı səfir Elina Kalkku BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldız sosial media hesabında görüşlə bağlı mesaj paylaşıb.

BMT-nin Vasitəçilik Dostları Qrupunun həmsədrləri olaraq finlandiyalı həmkarı Kalkku və baş katib Quterreşlə görüşdüklərini ifadə edən Yıldız, BMT-nin səylərində vasitəçiliyin əhəmiyyətini müzakirə etdiklərini bildirib.

Səfir Yıldız, Dostlar Qrupunun “Gələcək Paktı”na necə dəstək verə biləcəyi ilə bağlı fikir mübadiləsi apardıqlarını da bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Prezident məmurların fəaliyyəti ilə bağlı tapşırıqlarını verdi

Aynur Camal

 Həbs qorxusu Netanyahunu bürüdü: O, Avropada fasilə verməyəcək

Bugün TV

Əfqanıstana 23,7 milyon dollar yardım edildi

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu