31 C
Baku
21 İyul 2025, 12:46
Dünya

BMT-nin daimi nümayəndəsi Yıldız Quterreşlə görüşdü

BMT-nin Vasitəçiliyin Dostları Qrupunun həmsədrləri qismində Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldız və finlandiyalı həmkarı səfir Elina Kalkku BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldız sosial media hesabında görüşlə bağlı mesaj paylaşıb.

BMT-nin Vasitəçilik Dostları Qrupunun həmsədrləri olaraq finlandiyalı həmkarı Kalkku və baş katib Quterreşlə görüşdüklərini ifadə edən Yıldız, BMT-nin səylərində vasitəçiliyin əhəmiyyətini müzakirə etdiklərini bildirib.

Səfir Yıldız, Dostlar Qrupunun “Gələcək Paktı”na necə dəstək verə biləcəyi ilə bağlı fikir mübadiləsi apardıqlarını da bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını yaşayış məntəqələrinə yayıldı

Aynur Camal

Azərbaycanda yerli seçkilər keçirilir

Aynur Camal

İŞİD terrorçusu İstanbulda yaxalandı – FOTO

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu