19 C
Baku
8 Sentyabr 2024, 3:44
Baş xəbərSosial

BMT-nin İnkişaf Proqramı ilə fikir mübadiləsi aparılıb

Bugun.tv-yə gələn məlumata əsasən, BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə tanışlıq görüşü olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nuno Queirosu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sistemində aparılan islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ yeniliklərin geniş tətbiqi işləri barədə məlumat verib.

Sosial islahatlar prosesində, habelə aktiv məşğulluq tədbirləri sahəsində ötən dövrdə BMT İnkişaf Proqramı ilə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı vurğulanıb. Birgə icra olunan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” və digər layihələrin əhəmiyyətindən bəhs olunub.

Həmin layihələrin gənclərin, habelə həssas əhali qruplarının, qadınların əmək bazarına çıxış imkanlarının artırılmasında, əlilliyi olan şəxslərin peşə-əmək, sosial reabilitasiyasında önəmi qeyd edilib.

Nuno Queiros səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar 

Elnarə Dərziyeva

Nazir: “B.Yıldırımın səhhəti yaxşıdır”

Bugün TV

Avropada qazın qiyməti 15% artdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu